Şəki rayon sakinini it dişləyib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Şin kənd sakini, 1986-cı il təvəllüdlü Fərahim Aydın oğlu Həsənov it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib.
MRX-dan bildirilib ki, 31 yaşlı Fərahim Həsənov yolda sahibsiz itin hücumuna məruz qalıb. İt ona qarın nahiyəsindən xəsarətlər yetirib.
F. Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.