"Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri bir daha sübut etdi".
Unikal.org xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı".