Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, polisin 102 xidmətinə telefonla müraciət edən 1983-cü il təvəllüdlü Elvira Əkbərova (ad şərtidir) bildirib ki, gecə saat 01:40 radələrində Babək prospektində yerləşən hamam kompleksində Arzu adlı şəxs onu xuliqanlıq zəminində döyüb.
Şikayətçi qadın həmin şəxsi əvvəlcədən tanıdığını əlavə edib. O, dava-dalaşın hansı səbbədən baş verdiyini deməsə də, polis bölməsinə gedərək yazılı formada şikayətini təsdiq edib.
Araşdırma aparılır.