Göygöl rayonunda intihar hadisəsi baş verib.
Rayon sakini, 1995-ci il təvəllüdlü Heydər Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü asıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Unikal.org xəbər verir ki, yayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Heydər Məmmədovun atası Göygöldə Mənzil Kommunal Təsərrüfat Birliyində evlər müdiri vəzifəsində işləyir:
"Hadisə dünən baş verib. Heydərin səhhətində heç bir heç bir problem olmayıb. Onlar iki uşaqdır. Deyilənə görə, Heydər çox sakit bir uşaq olub. Heç yerdə işləmirmiş. Onun belə bir addım atması hər kəsi təəccübləndirir.