Xaçmaz Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdlərin qarşısını alıblar.
Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" və "Xanoba" gömrük postlarının nəzarət zonalarına daxil olan nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş cəmi 30 840 ədəd "NZ Gold Compact" və "Belomorkanal" markalı siqaretlər aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.

Gömrükdə əməliyyat - 30 840 qaçaqmal aşkarlandı+Foto
Gömrükdə əməliyyat - 30 840 qaçaqmal aşkarlandı+Foto
Gömrükdə əməliyyat - 30 840 qaçaqmal aşkarlandı+Foto