Suraxanı rayonun Əmircan qəsəbəsində yaşayan ana ilə bala itkin düşüb.

Unikakl.org "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə itkin düşən şəxslərin yaxınları məlumat veriblər.

Belə ki, onlar izahatlarında göstəriblər ki, 1999-cu il təvəllüdlü Sevinc Hacıyeva azyaşlı qızı, 2015-ci il təvəllüdlü Ləman Elman qızı Hacıyeva ilə yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Faktla bağlı 31-ci polis bölməsində araşdırmalara başlanılıb.