Sabah Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli 5-ci görüşü keçiriləcək.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə-İran xarici işlər nazirləri üç tərəfli toplantısı keçiriləcək, regional mövzularda üçlü formatda fikir mübadiləsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, regional rifah, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi və digər məsələlər müzakirə ediləcək. 

Tədbirlə əlaqədar İranın xarici işlər naziri Cavad Zərif, Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu bu gün Bakıya gəlişi gözlənilir.

Nazirlərin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri indiyədək üçtərəfli formatda Azərbaycan, İran və Türkiyədə 4 görüş keçirib.