Günün ikinci yarısında keçirilən prosesdə təqsirləndirilən Füzuli Əliyev iş adamı Zabil Salmanov epizodu üzrə ifadə verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, digər təqsirləndirilən Natiq Alıyev Azad Əzizov epizodu üzrə dindirilib. Bundan başqa, Zaur Məmmədov ifadə verib.
Onlar ittihamları qəbul etmədiklərini söyləyib.
Prosesdə Sübahir Qurbanovun vəkili Adil İsmayılov dinləmə epizodu üzrə vəsatət qaldırıb. Vəsatət növbəti iclasda müzakirə ediləcək.
Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.
*** 13:27
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilə prosesdə təqsirləndirilən Natiq Alıyev Daşkəsən və iş adamı Zabil Salmanov epizodu üzrə dindirilib.
O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu bildirib.
Daha sonra digər təqsirləndirilən Zaur Məmmədov ifadə verib. Həmin şəxs də ittihamları rədd edib.
Hazırda məhkəmədə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən Füzuli Əliyevin ifadə verməsi gözlənilir.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.