Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Unikal.org-un məlumatına görə, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.
Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.