Dünən axşam saatlarında Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org BakuPost.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev adına Respublika Sarayının yaxınlığında olub. Belə ki, 90 UZ 131 dövlət nömrə nişanlı "BMW markalı maşınla 90 UD 795 dövlət nömrə nişanlı "Kia markalı avtomobil toqquşub. Nəticədə hər iki avtonəqliyyat vasitəsinə ağır ziyan dəyib.