Bakının Binəqədi rayonunda ər və arvad arasında düşən mübahisə, sonda bıçaqlanma ilə nəticələnib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Həyat yoldaşı 1983-cü il təvəllüdlü Yardımlı rayon sakini Məmədova Xəyalə Yaqub qızının boyun nahiyəsinə iki bıçaq zərbəsi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Fakt araşdırılır.