Bakıda qətl törədilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Köhnə Bakı kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.
M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.