Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Məmmədovun səlahiyyət müddəti artırılacaq.

Unikal.org "Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin növbəti plenar iclasında onun səlahiyyət müddətinin artırılması məsələsinə baxılacaq. Qabil Neymət oğlu Məmmədovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcəyi gözlənilir. Qərar qəbul olunacağı halda 2018-ci il yanvarın 22-də qüvvəyə minəcək.

Qeyd edək ki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun səlahiyyət müddəti 2018-ci il yanvarın 22-də bitir.