Avstriyada Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında ən iri və və sirli kölgə bankirlərindən olan Ruslan Barkovski tutulub. 

Unikal.org virtualaz.org  istinadən xəbər verir ki, Barkovski bir neçə ölkənin pasportunu daşıyırdı və daim yerini dəyişirdi, bir ölkədən o birinə gedirdi. Onun son vaxtlar İspaniya, Almaniya, İsveçrə, Fransa və Avstriyada olduğu məlumdur. Nəhayət sonuncu ölkədə onu yaxalamaq mümkün olub.

Ekstradisiya məsələsinin həllinə qədər Barkovski başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb. Rusiya hüquq-mühafizə orqanları Barkovskini Çeçenistan rəhbərinin Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayevlə əlbir olaraq adam oğurluğunda iştirak etməkdə ittiham edir. İstintaqın versiyasına görə Barkovskii Tstisiulayevin mühafizəçiləri ilə birlikdə küçədə biznesmen Əli Zakirevi oğurlayıb və bir neçə sutka onu mənzildə saxlayaraq 100 milyon rubl tələb edib.



Agentliyin mənbələrinə görə Barkovski qanunsuz pul nəğdləşdirmə bazarında ən iri oyunçulardan biridir. Məhz onun kanalı ilə 2011-2013-cü illərdə "Masterbankda 200 milyard rubldan çox vəsait nəğdləşdirilib. Barkovskinin Rusiya, Ukrayna, Azərbaycan və İspaniya pasportları daşıdığı məlumdur, bu pasportlarda o, müxtəlif ad və familiyalar daşıyır.

Rusiya mənbələri bildirir ki, Ruslan Barkovski əslində Zaur Balayevdir, o, 1998-ci ildən dələduzluğa görə axtarışda olub. Barkovskinin əsas fəaliyyəti dələduzluq, şantaj, reketçilik, quldurluq, adam oğurluğu, fırıldaqçılıq, qara pulların yuyulmasını təşkil etməkdir. Onun Çeçenistan rəhbərliyi və Moskvadakı çeçen diasporu ilə sıx əlaqələri var.Ukraynada isə Çeçenistan rəhbərinin keçmiş səlahiyyətli nümayəndəsi ilə ortaq biznes qurub.