Adının açıqlanmasını istəməyən bir pasiyent özünün sosial hesabından həkimin ona müalicə üçün yazdığı reseptin şəklini paylaşıb. Pasiyent iddia edir ki, o, həkimə kürək nahiyəsində ağrılarla müraciət edib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, reseptin üzərində yazılan yazını dəqiq oxuya bilməyən xəstə düşünür ki, həkim reseptdə "namaz, "Mişka adlı reperə qulaq asmaq və "220 voltla əlaqəli əlavə bir qeyd daha yazıb.

Şəkli paylaşan şəxs hətta istifadəçilərdən xahiş edib ki, əgər mən səhv edirəmsə, orada yazılanı biri mənə izah etsin.

İlkin ehtimallara görə isə orada yazılan dərmanlar soyuqdəymə əleyhinə olan "Movalis, "Nayz preparatlarıdır.