İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
Unikal.org-un məlumatına görə, barəsində beynəlxalq axtarış elan edilən 1968-ci il təvəllüdlü Vüqar Şabanov dələduzluqda təqsirləndirilir.
V.Şabanov barəsində Azərbaycanın istintaq orqanı tərəfindən cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb və barəsində axtarış elan edib.
Məhkəmə qərarı əsasında İnterpol V.Şabanov barəsində beynəlxalq axtarış elan edib.(trend)