Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Pinyera,

Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".