Gələn il Azərbaycanda "Diamed Co. təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib.
Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: "Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam.
Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.
"2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq, - deyə A.Quliyeva bildirib.