Nazirlər Kabineti "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında qərarında dəyişikliklər edib.
Unikal.org report-a istinadən xəbər verir ki, dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn "himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı AMEA-da da təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin ediləcək və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək.
Eyni zamanda onlara imtiyazların şamil edildiyi "orta, orta peşə- ixtisas və ali peşə-ixtisas təhsil müəssisələri sözləri "ümumi təhsil, orta iÑ…tisas təhsili, ali təhsil müəssisələri və AMEA sözləri ilə əvəz edilib. Həmçinin onlar müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.