"Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır.
Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda "Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: "Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib.
E. Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq.