Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin "112 Xidmətinə zəng edib "Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq deyərək əlaqəni kəsib.
Məlumat DİN-in "102 Zəng Mərkəzi Xidmətinə ötürülmüşdür.
Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, məlumat təsdiqini tapmamışdır.
Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edilməsi müəyyən edilmişdir.