Kriminal aləmdə "Soloma kimi məşhur olan 39 yaşlı keçmiş avtoritet Aleksey Salomatin dekabrın 22-də ağır kəllə-beyin travması ilə Rusiyanın Tula vilayətinin mərkəzi xəstəxanasında reanimasiyaya yerləşdirilib.
Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə "Praym Kraym agentliyi xəbəri yayıb. O, "oğru adından məhrum edilməyi ilə bağlı qərarı tanımayaraq hələ də özünü "qanuni oğru hesab edirmiş və buna görə də döyülüb.
Qeyd edək ki, A. Salomatin 2013-cü ilin avqustunda Türkiyədə "Kardava Mzareluanın klanı tərəfindən "taclandırılıb. O vaxtlar "Soloma ilə birlikdə "Lotu Quli ləqəbli azərbaycalı "vor zakon Nadir Səlifovun doğma qardaşı Namiq də "oğru adını alıb.
Salomatinin "xaç atası isə "Lotu Quliyə ən yaxın "slavyanlardan biri hesab olunan "qanuni oğru Vladimir Jurakovski ("Vova Puxlıy) olub. O, "qanuni oğru adından 64 yaşlı "Şakro Molodoy ləqəbli Zaxariya Kalaşov tərəfindən məhrum edilib.
Xatırladaq ki, Rusiya hökuməti Lotu Quliyə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.