Prezident İlham Əliyevin ünvanına doğum günü təbrikləri gəlməkdə davam edir. Unikal.org AzərTAc-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlov, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvləri, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev, Makedoniya prezidenti Gyorge İvanov, Albaniya prezidenti İlir Meta, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emoməli Rəhmon, Moldova prezidenti İqor Dodon, Monteneqro prezidenti Filip Vuyanoviç, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov dövlət başçısının ünvanın təbrik məktubları göndərərək onun ad gününü təbrik ediblər.

***** 10:45 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum gününü münasibətilə təbrik edib. Unikal.org AzərTAc-a istinadən xəbər verir ki, Vladimir Putin təbrik məktubunda qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır. O, prezident İlham Əliyevin Rusiyanın əsl dostu kimi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini vurğulayıb: "Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm". 

Ukraynanın prezidenti Petro Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstan prezidenti Rumen Radev, Özbəkistanprezidenti Şavkat Mirziyoyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Çin Xalq Respublikasının sədri Si Cinpin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Azərbaycan prezidenti İlham Əliyevi ad gününüz münasibətilə təbrik edib.