Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində "Muğam Dünyası klubunun universitetdə birgə təşkil etdikləri «Milli Ahəngimiz» adlı musiqili konsert proqramı professor-müəllim heyəti, tələbələr tərəfindən maraqla qarşılanıb.
Unikal.org xəbər verir ki, konsert proqramından öncə AzMİU TGT-nın sədri İlahə Həsənova milli musiqilərimizin gənclər arasında təbliği və bu sahədə dövlət tərəfindən görülən işlərdən danışıb.
Sonra söz universitetin tədris işləri üzrə prorektoru Akif Qasımova verilib. Prorektor tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, tədbiri açıq elan edib.
Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxış edərək AzMİU-nun rəhbərliyinə dərin təşəkkürünü ifadə edib AzMİU- üzrə «Muğam Dünyası» klubunun koordinatoru Rüstəm Rəzzaqovun yaxından milli musiqilərimizin gənclər arasında təbliği dəstək olduqunu söyləyib.
Tədbirdə çıxış edən Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədr müavini Leyli Hüseynova Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini deyib.
«Milli Ahəngimiz» adlı musiqili konsert proqramı professor-müəllim heyəti, tələbələr tərəfindən maraqla qarşılanıb.