Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov dekabrın 24-də ad gününü qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Unikal.org xəbər verir ki, bu barədə o, "Mylistory" sosial şəbəkəsində yazıb.
"Əziz böyük qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bizim respublika və xalqlarımızı sıx dostluq və qardaşlıq telləri bağlayır! Bunun əsasını Azərbaycan və Çeçenistan liderləri, bizim atalarımız - Heydər Əliyev və Əhməd Hacı Kadırov qoyub", - deyə R.Kadırov bildirib.
O etiraf edib ki, İlham Əliyevlə keçirdiyi görüşü böyük səmimiyyətlə xatırlayır:
"Mənə çox xoşdur ki, Azərbaycan və Çeçenistan arasında olan münasibətlər geniş işgüzar, mədəni, dini əlaqələrlə doludur. Xüsusilə vacibdir ki, Azərbaycan və bizim vətən Rusiya mehriban qonşu, qardaş ölkə olaraq qalır. Sovet İttifaqı və Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev bu siyasətin əhəmiyyətini yaxşı dərk edirdi".
Kadırov İlham Əliyevə cansağlığı, uğurlar və firavanlıq, həmçinin Azərbaycan xalqına sülh və tərəqqi arzulayıb.