Bakının Nəsimi rayonunun M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün rayonun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Unikal.org "Reporta istnadən xəbər verir ki, bu barədə "Azərsu ASC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu abunəçilərdən üzr istəyir.