İstanbuldan Naxçıvana gedən sərnişin avtobusu qəzaya düşüb.

Unikal.org xəbər verir ki, Qarsda baş verən qəzada 30 nəfər yaralanıb. Yaralıların Naxçıvan Muxtar Respublikasının vətəndaşları olduğu deyilir.

Xəsarət alanlar Qars və Sarıqamış əyalətindəki xəstəxanalara yerləşdirilib.

Yaralıların bəzisi hadisə yerində müalicə aldıqdan sonra evə buraxılıb, bəzilərinin isə müalicəsinin davam etdiyi deyilir.