Xəbər veridyimiz kimi, bu gün Prezident İlham Əliyev Qoşqar Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.
Unikal.org xəbər verir ki, Təhməzli Qoşqar İlahi oğlu 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur, Tibb elmləri üzrə fəlsəfə doktorudur.
"Medeks şirkətinin rəhbəri işləyən Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi medalı ilə təltif edilib.
Qeyd edək ki, "Medeks şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.