Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "Red Wings aviaşirkətinin Azərbaycana 4 marşrut üzrə uçuş icazəsini geri çağırıb.

Unikal.org xəbər verir ki, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Kazan-Bakı, Samara-Bakı, Voronej-Bakı və Ufa-Bakı reyslərinə icazə ləğv edilib.

Bu qərara icazənin daşıyıcı tərəfindən müstəqil şəkildə geri çağırılması səbəb olub.(trend)