Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon Əlillər Təşkilatının İdarə heyəti Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib.

Teatrın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:

"Hörmətli Əliqismət müəllim!

Siz və rəhbərlik etdiyiniz Musiqili Teatrının kollektivi əlilliyi olan həssas təbəqənin insanlarına daima diqqət ayıraraq tamaşalara dəvət edirsiniz. Bu qayğı və diqqətə görə Sizə öz dərin təşəkkürümüzü bildirir, qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Yeni il bayramı münasibəti ilə təbrik edirik. İşlərinizdə, həyatınızda, sağlamlığınızda, rifah halınızda xeyir, uğur, bərəkət və sağlıq arzulayırıq!

Azərbaycan Əlillər Cəmiyyəti Yasamal rayon Əlillər Təşkilatının İdarə heyətinin sədri Təranə xanım Musayevanın imzaladığı qarşılıqlı münasibətlərin vacibliyi xüsusi şəkildə vurğulanan təşəkkür məktubunda daha sonra qeyd olunur:

"Ümidvarıq bundan sonra da bizimlə əməkdaşlığı davam etdirəcəksiniz.

Hörmətlə Azərbaycan Əlillər Cəmiyyəti Yasamal rayon Əlillər Təşkilatının İdarə heyətinin sədri Təranə Musayeva.