Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.

Unikal.org xəbər verir ki, bu barədə "APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir. MMC-nin nizamnamə kapitalı 100 manatdır.

Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.