Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.
Unikal.org-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
İndiyə qədər Dövlət Komitəsi sədrinin birinci müavini və müavini olub. Dəyişikliyə əsasən Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 2-yə çatdırılıb.