ATV-də yayımlanan "Bizimləsən" verilişinə qonaq olan "Vicdan haqqı" serialında "Larisa" obrazını canlandıran aktrisa Çimnaz Sultanova maraqlı açıqlamalar verib.
Unikal.org bildirir ki, aktrisa ekran işindən uzaqlaşdığını bildirib:
"Bu gün bura Çimnaz kimi deyil, Larisa kimi gəlmişəm. Sizinlə vidalaşıram. Artıq "Vicdan haqqı"ndan gedirəm. 2 il, 3 mövsüm əlimdən gələni elədim ki, bu obraza hər kəs nifrət eləsin və bu məndə alındı. Hamı deyirdi ki, elə yaxşı oynayıram ki, yəqin həyatda da belə insanam. Amma inandırım sizi ki, 2 il çox əzab çəkdim, stress keçirdim. Mənim üçün bu obrazı canlandırmaq çox çətin idi".