Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində çoxmərtəbəli binada yanğın baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Qaqarin küçəsində yerləşən doqquz mərtəbəli binanın mənzilində qeydə alınan yanğın zamanı bir kişi yanaraq ölüb.

Binadan 78 nəfər təxliyə olunub. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Yanğının səbəbləri barədə məlumat verilmir.