Baş nazir Artur Rasizadə açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında qərar imzalayıb.

Unikal.org xəbər verir ki, qərarda aşağıdakı məsələlər öz həllini tapıb.

1. "Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin forması təsdiq edilsin.

2. "Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportunun forması təsdiq edilsin.

3. "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası təsdiq edilsin.

4. "Reklam haqqında Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakdan istifadəyə görə məbləğ:

4.1. reklam yayıcısının həmin reklam daşıyıcı- sında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin;

4.2. açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

5. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilən sənədlərdə və 4-cü hissəsində dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

6. "Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydalarının və "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin formasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 23 aprel tarixli 92 nömrəli qərarı ləğv edilsin.

7. "Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportunun formasının və "Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportunun formasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

7.1. adından "Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportunun formasının və sözləri çıxarılsın;

7.2. 1-ci hissə ləğv edilsin.