Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Unikal.org xəbər verir ki, "AzəriLayt markalı neftin bir barrelinin qiyməti 1,81 dollar bahalaşaraq 68,18 dollar olub.
Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 66,60 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar bahalaşaraq 59,79 dollar təşkil edib.