Prezident İlham Əliyev Flora Qasımovanın "Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova "Şöhrət ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Rauf Yusuf oğlu Babayev "Şöhrət ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Azərbaycanda rəssamlıq sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Salxab İsa oğlu Məmmədov "Şərəf ordeni ilə təltif edilib.
 
Azərbaycan prezidenti İlham Əliyev Salxab İsa oğlu Məmmədovun "Şərəf ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.