Bu günlərdə 100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni İli Bakıda işləyərək qarşılayacaq.
Unikal.org xəbər verir ki, Türkiyənin ən varlı ailəsi olan Sabancıların gənc üzvü "Hilton" oteldə səhnəyə çıxacaq. Həmin gecə üçün Faruk 40 min dollar qonorar alacaq. Müğənni bayram şənliyində mahnılarını səsləndirəcək.
Bayram gecəsində dünyanın məşhur futbolçusu Daniel Alves də yer alacaq.