Bakıda intihar olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Əziz oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.