"Report"un analitik qrupu 2018-ci il üçün əsas maliyyə aktivləri üzrə proqnozlar hazırlayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, proqnozlara əsasən, Azərbaycanda gələn il ABŞ dollarının məzənnəsi 1,67-1,77 AZN/USD diapazonunda dalğalanacaq. İlin ilk yarısında dolların bir qədər ucuzlaşması, ilin ikinci yarısında, xüsusilə son rübdə dolların bahalaşması gözlənilir.
"Brent" markalı neft qiymətlərinin 52-73 dollar/barel diapazonunda dalğalanması proqnolaşdırılır. İlin ilk yarısında qiymətlərin 60-73 dollar, ikinci yarıda isə 52-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir.
Qızılın qiymətinin ilin ilk yarısında 1 240-1 320 dollar, II yarımillikdə isə 1 100-1 260 dollar/unsiya olması gözlənilir.
Analitik qrup ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn il 3 dəfə faiz artıracağını, bunlardan birinin 0,5 faiz bəndi olacağını ehtimal edir. Yəni, 2018-ci ilin sonunda uçot dərəcəsinin 2,5%-ə yüksələcəyi istisna edilmir.
Kriptovalyuta bazarında da artımın davam edəcəyi, bu bazarın kapitallaşmasının 2 dəfə artaraq 1 trln. dolları ötəcəyi gözlənilir.