Bakıda mağazadan oğurluğa cəhd etmiş 2 nəfər tutulub. Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Atatürk prospektində yerləşən "Avto ehtiyyat hissələri mağazasından polisə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektin giriş qapısına müdaxilə olunduğunu aşkar ediblər. Obyektin giriş qapısına oğurluq məqsədi ilə müdaxilə edən şəxslər hadisə yerindən qaçmaq istəyərkən polislərin çevikliyi sayəsində saxlanılıb və onlar araşdırmalar aparılması üçün ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil verilib. Bölmədə obyektdən oğurluğa cəhd edən şəxslərin paytaxt sakinləri, 1992-ci il təvəllüdlü Novruzov Süleyman Həsən oğlu və 1983-cü il təvəllüdlü Qasımov Niyaz Bəxtiyar oğlu olduğu müəyyən edilib. 

Faktla bağli Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılır.