Əfqanıstanın Nanqarhar vilayətinə dəfn zamanı partlayış törədilib.
Unikal.org-un "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 15 nəfər ölüb, 14 nəfər yaralanıb.
Partlayışın əyalətin Xaska Mina rayonunun yerli icra hakimiyyətinin rəhbərinin dəfni zamanı törədildiyi açıqlanıb.