Dekabrın 31-də Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində şəhər sakini Vüqar Süleymanov, qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında baş vermiş münaqişə zamanı, V.Süleymanov tüfəngdən açdığı atəşlə D.Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə D.Fərəcov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Süleymanov və İlqar saxlanılıb, Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.