Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib. Unikal.org APA-ya istinadən məlumatına görə, yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.
Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq.