Ağdam rayonunda kişi 27 yaşlı həyat yoldaşını döyüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.
Belə ki, 1990-ci il təvəllüdlü Mənafona Nərmin Nüsrət qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.