Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 12-si "isti izlərlə açılıb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışda olduğuna görə 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.