Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Unikal.org-un "Report"a istinadən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini əvvəllər məhkum olunmuş Ravil Rəcəbov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülüb.

Ekspertizaya göndərilən həmin bükülünün 1,165 qram şəkidə narkotik vasitə olan heroin olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.