Sabirabadda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Unikal.org-un DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabirabad rayon Moranlı kənd sakini Zahir İsparov ötən il dekabrın 30-da ərizə ilə RPŞ-nin Qaragüney Polis Bölməsinə müraciət edərək, dekabr ayı ərzində kənddə olmadığı müddətdə mağazasının arxasında yerləşən anbardan naməlum şəraitdə dəyəri 4500 manat olan 15 kisə yonca toxumunu oğurlanması barədə məlumat verib.
Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Aparılmış tədbirlərlə onların rayonun Zalqarağac kənd sakinləri Nurlan Mustafazadə, İlham Əlizadə və Kamran Bayramov olması müəyyən edilmişdir. O da aydın olub ki, sonuncu iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıblar.
N.Ə.Mustafazadə, İ.C.Əlizadə və K.R.Bayramov saxlanılaraq sonrakı tədbirlərin aparılması üçün RPŞ-nin İstintaq bölməsinə təqdim olunublar.