İstanbulun Maltepe rayonunda 5 mərtəbəli binanının birinci mərtəbəsində ata iki körpə qızınıöldürdükdən sonra intihar edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Maltepe Fındıklı Mahallesi Lily Caddesinde yerləşən  5 mərtəbəli binaının birinci mərtəbəsində dünən gecə 19.00 radələrində baş verib. İddiaya görə, A.Y evdə qızları Elif ve Hirayı pompa tapançası ilə öldürdükdən sonra intihar edib.

Silah səslərini eşidən qohumlar, uşaqların anası evə girdikdən sonra gördüklərindən şoka düşüblər. 

Həyatlarını itirən iki balaca qız Kadıköydəki Fatih Sultan Mehmet Hastanesi morquna aparılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır.