Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirə bilər.
"Çelsi"nin braziliyalı futbolçusu Villian Çin klublarının maraq dairəsinə düşüb.

Onun xidmətində heyətində Cekson Martines və Paulinyo kimi ulduzlar yer alan "Quanqzu Everqrande" maraqlıdır. Baş məşqçi Luiz Felipe Skolarinin israrla istədiyi Villian üçün çinlilər "Çelsi"yə 64 milyon avro təklif edir.

Villianın "Çelsi" ilə müqaviləsi 2018-ci ildə başa çatır. London klubunun braziliyalı futbolçuya yeni müqavilə və həftəlik 150 min avro maaş təklif etdiyi iddia edilir. Amma Çin klubu ona bunun ikiqatını verməyə hazırdır.